İstixana effekti
Aşağı atmosferin onun komponentləri - həm qazlar, həm aerozollar - tərəfindən infraqırmızı (uzundalğalı) yer radiasiyasının xalis udulması nəticəsində isinməsi. Yer üzərində təbii istixana effekti mövcud olsa da - bu digər planetlərin atmosferlərinə də şamil edilə bilər -, müasir iqlim dəyişikliyi kontekstində bu ifadə atmosferdə istixana qazlarının - başda CO2 olmaqla - konsentrasiyalarının artması hesabına yaranan əlavə isinməyə aid edilir; bu artım insanların külli miqdarda qazıntı yanacaqlarını və biokütləni yandırmasının nəticəsidir. Bununla yaranan radiasiya məcburiyyəti Yer səthində orta qlobal temperaturun artmasına səbəb olmuşdur və bu artım hələ zirvəsinə çatmamışdır. Fransız riyaziyyatçı və fizik Jan-Batist Cozef Furye (1768-1830) 1824-cü ildə Yerin istiliyi istixanaya bənzər şəkildə saxladığını ilk düşünən alim olmuşdur. Bu bənzətmə tam dəqiq deyil, çünki istixananın şüşəsi günəş radiasiyası (qısadalğalı) üçün şəffaf, lakin onun daxilində yaranan infraqırmızı radiasiya (qısadalğalı, uzundalğalı) üçün qeyri-şəffafdır - temperaturun qalxmasına səbəb olan da budur -, atmosfer halında isə yer radiasiyasının (infraqırmızı, uzundalğalı) yalnız bir hissəsi istixana qazları tərəfindən saxlanılır, qalanı isə kosmik fəzaya çıxır.
Əlaqəli terminlər: iqlim dəyişikliyi, karbon dioksid (CO2), istixana qazları