kriosfer

İqlim sisteminin Yerdə bərk halda olan bütün suyu, istər Yer səthinin üstündə, istərsə altında, həm kontinental, həm də dəniz ərazilərində əhatə edən komponenti. Dəniz, göl və çay buzlarını, quruda toplanan qarı, buzlaqları, nəhəng buz örtüklərini (Antarktida, Qrenlandiya) və müvəqqəti və ya daimi donmuş torpağı (daimi donuşluq) özündə birləşdirir. Kriosfer Yerin iqliminda mühüm rol oynayır və qlobal istiləşmənin gələcək inkişafı üçün əsas əhəmiyyət daşıyır. Qar və buzun yüksək əks etdirmə qabiliyyəti (düşən günəş radiasiyasının 90%-ə qədəri) planetin orta temperaturunun təbii tənzimləyicisidir. Daha kiçik buzlu səth Yerdə daha çox istilik udulması və nəticədə temperaturun artması deməkdir.