Quraqlıq
Yağıntısız və ya onun nəzərəçarpacaq çatışmazlığı ilə uzun müddət; ciddi hidroloji tarazlığın pozulmasına səbəb olur. Quraqlıqlar anomal quru tipli havanın davamlılığı ilə səciyyələnir; bu müddətdə yağıntı qiymətləri orta səviyyədən aşağı qalır. Hər hansı quraqlığın ilkin səbəbi yağıntının azlığıdır (meteoroloji quraqlıq); bu da torpaq nəmliyi çatışmazlığı (kənd təsərrüfatı quraqlığı) gətirir ki, bu, məhsul istehsalına mənfi təsir edir və müxtəlif ekosistemləri dəyişdirir. Bu ikinci mərhələdən sonra üçüncü və sonuncu mərhələ gəlir; burada mövcud tələbatı ödəmək üçün lazım olan su ehtiyatları kifayət etmir (hidroloji quraqlıq). Quraqlığın başlanğıcını və sonunu, eləcə də intensivliyini dəqiq müəyyən edən yeganə, universal tərif yoxdur, çünki yerdən (müxtəlif iqlim şəraiti) və suyun istifadəsindən asılı olaraq onun anlayışı və qavranılması fərqlidir. Elmi ədəbiyyatda quraqlığın yüzdən çox müxtəlif tərifi var ki, bu da onun səciyyələndirilməsinin çətinliyi haqqında təsəvvür yaradır.
Əlaqəli terminlər: aridlik