Brokken kölgəsi

Cisim kölgəsinin - adətən müşahidəçinin öz kölgəsinin - bulud dənizi üzərində günəşin əks istiqamətində uzanmasından ibarət optik hadisə. Çox vaxt həmin bulud təbəqəsi ərazidən bir qədər yuxarıda yerləşən dumanın və ya stratus buludunun üst hissəsi olur. Brokken kölgəsini əmələ gətirən insan siluetinin yuxarı hissəsi tez-tez hala (glory) ilə əhatə olunmuş görünür ki, bu da hadisəyə böyük vizual təsir verir. Hadisə adını Almaniyadakı Harts dağlarının 1141 m hündürlüyündəki ən uca zirvəsindən alıb. Alman teoloq və alim Yohan Esaias Silberşlaq (1721-1791) 1780-ci ildə həmin zirvəyə qalxarkən öz kölgəsindən yaranan Brokken kölgəsini heyrətlə müşahidə etmiş və qeyd olunan hadisənin ilk məlum təsvirini qoyub getmişdir.