daunbörst

Leysan-yağış (tufan buludu) buludunun daxilində yaranan, yerə şiddətlə dəyərək bütün istiqamətlərə yayılan və dağıdıcı nəticələr verən çox güclü küləklər əmələ gətirən intensiv aşağı hava axını. Daunbörstün üç növü təsnif edilmişdir: 1) isti daunbörst (heat burst), havanın nəzərəçarpacaq dərəcədə qızmasına və Yer səthinə yaxın mühit nəmliyinin kəskin azalmasına səbəb olan; 2) yaş daunbörst, yağıntı (tufan leysanları) ilə müşayiət olunduğu üçün belə adlanır. Düşən yağış damcıları və/və ya dolu dənələri tərəfindən soyuq havanın sürüklənməsi aşağı axını yaradan əsas səbəbdir; və 3) quru daunbörst, yağıntısız. Bu sonuncu halda yağış, qar və ya dolu yerə çatmazdan əvvəl buxarlanır/sublimasiya olunur.