dayanıqlılıq
İnsanları iqlim dəyişikliyinin təsirlərindən və ümumilikdə ekstremal meteoroloji hadisələrin və zəlzələ və ya sunami kimi digər yüksək təsirli təbii hadisələrin yaratdığı gözlənilməz hallardan qorumaq məqsədi ilə həyata keçirilən bir sıra tədbir və tapşırıqların yaxşı planlaşdırılmış və təşkil olunmuş şəkildə icrası. Vətəndaşlarının təhlükəsizliyini prioritet seçmiş, hətta iqtisadi resursların az olduğu inkişaf etməkdə olan və ya üçüncü dünya ölkələrində belə bəzi icmalarda çoxsaylı uğur nümunələri mövcuddur. Bunun yaxşı nümunəsi adaya qasırğanın təsiri elan olunduqda Kubada milli səviyyədən yerli və məhəllə səviyyəsinə qədər işə salınan protokollardır. Qasırğanın yaratdığı dağıntıların qarşısını heç vaxt tamamilə almaq olmaz, lakin dayanıqlılıq sayəsində qurbanların sayı minimuma endirilir; bu olmasaydı həmin say xeyli arta bilərdi.