Bofort şkalası

Küləyin intensivliyini ölçmək üçün istifadə olunan şkaladır; 0-dan (sakitlik) 12-yə (qasırğa gücündə fırtına) qədər on üç dərəcəyə və ya gücə rəqəmli bölgü müəyyən edir və hər kateqoriyanı küləyin müəyyən sürət intervalı, dəniz səthinin görünüşü və quruda müşahidə olunan təsirlərlə əlaqələndirir. Şkala təxminən 1805-ci ildə irlandiyalı dənizçi və hidroqraf ser Frensis Bofort (1774-1857) tərəfindən yaradılmış və əvvəlcə yalnız hərbi-dəniz məqsədləri üçün nəzərdə tutulmuşdu, o zaman küləyin sürətləri daxil edilməmişdi. XIX əsrin ortalarında şkalanın hər rəqəminə uyğun gələn sürət qiymətləri əlavə olundu. Nəhayət, XX əsrin əvvəllərində o zamankı Britaniya Meteorologiya İdarəsinin direktoru ser corc K. Simpson (1878-1965) ona küləyin quruda təsirlərinin təsvirlərini daxil etdi.