bolid

Atmosferi sürətlə keçən, keçərkən çox parlaq işıqlı iz yaradan ekstraterrestrial mənşəli qayalı fraqment. Bəzən meteoroid parçalanaraq bir və ya bir neçə partlayışa səbəb ola bilər. Onun yaydığı güclü işıq, getdikcə sıxlaşan hava təbəqələrindən keçərkən qaz mühiti ilə sürtünməsinin artması nəticəsində qızaraq közərmə halına düşməsi ilə bağlıdır. Meteoritlər və ya ulduz axınına səbəb olan kometa mənşəli kiçik qaya və buz parçaları kimi bu tip cisimlər atmosfer mənşəli deyil, buna görə də Meteorologiyanın deyil, Astronomiyanın tədqiqat obyektidir.