Venturi effekti

İtalyan fizik Covanni Battista Venturi (1746-1822) tərəfindən 1797-ci ildə məlum edilmiş, maye dinamikasının məşhur hadisəsidir; boru kəməri ilə axan maye və ya qazın daralma zamanı axıcının əldə etdiyi sürətin artması nəticəsində təzyiqinin azalmasından ibarətdir. Atmosferdə Venturi effekti həm dağ aşırımlarında və zirvələrində, həm də relyefin dar sahələrində (boğaz, dərə, vadi...) aydın şəkildə özünü göstərir; orada axın xətləri yaxınlaşır, nəticədə təzyiq lokal olaraq düşür, küləyin sürəti və ani küləklər artır.