Lips
Yunan mifologiyasında cənub-qərb küləyi tanrısına verilən ad, Libis kimi də tanınır. O, Liviyadan əsən külək idi. Afinadakı Küləklər Qülləsində o, qanadlı, saqqalsız, tunika geymiş, əllərində gəminin sükanını tutan gənc kimi təsvir olunub. Roma mifologiyasında onun ekvivalenti Afrikus (Afrikadan gələn) külək tanrısı idi.