qlobal istiləşmə

Bu gün çox geniş işlədilən ifadə olub, alətli dövrdə (XIX əsrin ortalarından etibarən) Yer səthində orta hava temperaturunun artmasına aiddir. Bu artım əsasən istixana qazlarının atmosferdəki qatılığının artması ilə bağlıdır, bu da öz növbəsində qalıq yanacaqların kütləvi yandırılmasından yaranan emissiyaların nəticəsidir. Bəzən bu ifadə iqlim dəyişikliyi və qlobal dəyişiklik ifadələrinin sinonimi kimi işlədilir.

Əlaqəli terminlər: karbon dioksid (CO2)