Santa Ana

Şimal-şərqdən əsən, quru və çox isti, föhn effekti ilə həddindən artıq qızmış səhra küləyi; oktyabr-mart aylarında ABŞ-ın Kaliforniya ştatının cənubunda və Meksikanın Baja Kaliforniya ştatının ən şimal hissəsində əsir və dekabr ayında maksimuma çatır. Adını onun birbaşa Santa Ana çayının vadisinə dəyməsindən və orada böyük şiddət qazanmasından alır. Bu külək ilin göstərilən vaxtında ABŞ ərazisinin həmin geniş hissəsində yüksək təzyiqin hökm sürməsi səbəbindən Böyük Hövzədə (Qayalı dağlarla Sierra Nevada arasında yerləşən geniş düzənlik) toplanan hava kütləsinin aşıb keçməsi nəticəsində yaranır.