Nefele

Yunan mifologiyasında buludlar ilahəsinə verilən ad. Bu ilahə qədim Yunanıstanda nefelai adlanan bulud və yağış nimfaları ilə qarışdırılmamalıdır. Bu mifoloji varlıqlar okeanidlərin; titan Okean və Tetisin qızlarının sırasına daxil idilər. Aristofan (təq. e.ə. 450-385) bu nimfaları efirdə; atmosferdən yuxarıda və səma tağından aşağıda yerləşən yuxarı bölgədə yerləşdirirdi.