günəş sabiti

Vahid zamanda, şüa axınına perpendikulyar və atmosferin xarici sərhəddində yerləşən bir kvadrat metrlik səthə düşən günəş radiasiyası miqdarının, Yerin Günəşdən orta məsafədə (149,6 milyon kilometr) olduğu halda hesablanmasından alınan nəzəri ədədi qiymət. Peyk ölçmələri günəş şüalanmasının zamanla az dəyişdiyini təsdiqləyir, buna görə yuxarıda qeyd olunan "sabit" əslində 1367 W/m2-ə bərabər orta qiymətdir. Meteorologiya mətnlərinin əksəriyyətində S hərfi ilə işarə olunur.