Seyş

Göl və ya dəniz səthində baş verən, mənşəyi kiçik seysmik hərəkətlər, güclü küləklər və ya atmosfer təzyiqinin qəfil dəyişməsi ola bilən durğun dalğalar. Bu dalğa hadisəsi ilk dəfə 1890-cı ildə Cenevrə gölündə isveçrəli hidroloq Fransua-Alfons Forel (1841-1912) tərəfindən tədqiq edilib. Rəqs dövrü bir neçə dəqiqədən bir neçə saata qədər dəyişə bilər. Seyşlər Qərbi Aralıq dənizi sahillərində müəyyən müntəzəmliklə baş verir.