depressiya
Meteorologiyada alçaq atmosfer təzyiqi sahəsi. Təzyiqin ətraf ərazilərdən aşağı olduğu və mərkəzdən xaricə doğru artdığı atmosfer regionudur. Yer səthi sinoptik xəritələrində mərkəzdən (təzyiq minimumu) uzaqlaşdıqca qiyməti artan qapalı izobarlar toplusu ilə təsvir olunur. Yuxarı hava xəritələrində izohipslər oxşar forma alaraq (barometrik) depressiya təşkil edən çökək sahə əmələ gətirir, adı da buradan gəlir. Alçaq təzyiq, siklon və qasırğa/alçaq təzyiq sistemi ilə sinonimdir.