Lixtenberq fiqurları

Bəzi insanların ildırım vurduqdan sonra dərisində saatlar və ya günlər boyu döymə kimi görünən budaqlanan formalar. Bu izlər elektrik boşalmasının dəri üzərindəki yolunu əks etdirir. Onların qırmızımtıl rəngi elektrik cərəyanının keçməsi və onun yaratdığı ani qızma nəticəsində səthi kiçik qan damarlarının cırılması ilə bağlıdır. Bu ağacvari fiqurlar adlarını onları ilk dəfə elektrik yüklü lövhələr üzərində müşahidə etmiş alman fiziki və yazıçı Georq Kristof Lixtenberqdən (1742-1799) alıb. Onların üzərinə çökən toz fiqurları əmələ gətirirdi. Fraktal həndəsə quruluşlu bu naxış müəyyən intensivlikdə elektrik cərəyanı keçdikdə həm izolyasiya materiallarının səthində, həm də daxilində yaranır.