Siklon
Atmosferdə fırlanma hərəkəti olan, bol buludluluq, külək və güclü yağıntı ilə səciyyələnən alçaq təzyiq sahəsi. Təzyiq kənardan mərkəzə doğru azalır və minimum qiymətinə mərkəzi hissədə çatır. Termini ingilis-hind alimi və dənizçisi Henri Piddinqton (1797-1858) işlədib. O, ilk dəfə 1840-cı ildə öz dövründə Hind okeanı sularında baş vermiş iki dağıdıcı tropik siklonu adlandırmaq üçün ona istinad edib. Söz fırlanmaq və ya dolanmaq kimi tərcümə etdiyimiz yunan kyklón terminindən yaranıb və bu halda alçaq təzyiq sisteminin fırlanan təbiətinə aiddir. "Siklon" ümumi termin olsa da və Yerin hər yerində keçərli olsa da, bu ad Hind okeanı hövzəsində və Sakit okeanın cənub hissəsinin qərbində əmələ gələn tropik siklona verilir.