Çinuk
Əsasən cənub-qərbdən əsən, föen effekti sayəsində quru və həddindən artıq isti külək; Qayalı dağların (ABŞ) şərq yamacında, küləkaltı tərəfə əsir. Onun başlaması temperaturun əhəmiyyətli dərəcədə yüksəlməsinə səbəb olur. Adı ABŞ-ın şimal-qərb Sakit okean sahil bölgəsində, Kolumbiya çayı boyunca yaşayan hind qəbilələrindən götürülüb, lakin xalq arasında "qarı yeyən" (snow eater) kimi tanınır.