mavi ay

İngilisdilli xalqların eyni ay ərzində baş verən ikinci tamaya verdiyi ad, bu hadisə orta hesabla iki il yarımdan bir baş verir. Bu ad həm də Yerdə böyük vulkan püskürməsi baş verdikdə müşahidə olunan mavimtıl və ya yaşılımtıl rəngli aya verilir. Yuxarı atmosferə çox böyük miqdarda çox incə hissəciklərin atılması ay işığının daha uzun dalğa uzunluqlu (qırmızı, narıncı, sarı) hissəsini zəiflədir, daha qısa dalğa uzunluqlu rəngləri (yaşıl, mavi, bənövşəyi) isə gücləndirir. Bu, siqaret tüstüsündə müşahidə olunana bənzər optik hadisədir, onun mavimtıl rəngi həmin tüstünü təşkil edən hissəciklərdən əks olunan işığın seçici səpilməsinin nəticəsidir.