su tornadosu
Böyük su kütləsi üzərində baş verən, tamamilə onun üzərində və ya qismən quru üzərində inkişaf edən, lakin sahilə çatdıqda dağılmağa meyl edən tornado. Bəzi müəlliflər hava burulğanı ilə əlaqəli fırlanan su sütununun fırtına buludundan sallanıb-sallanmamasından asılı olaraq tornado tipli və tornado tipli olmayan su tornadolarını fərqləndirirlər. Su tornadolarının quru tornadolarından daha zəif olması və kumuliform buludlardan, həmişə kumulonimbus (fırtına buludları) olmayaraq sallanması ən çox rast gəlinən haldır. Onların bir neçəsinin cərgə ilə əmələ gəlməsi də nisbətən tez-tez baş verir. Su tornadosunun yuxarı hissəsi, sallandığı buludun əsasına bağlı olaraq, çevrilmiş konus (qıf buludu) şəklini alır və çox vaxt burulmuş dar bulud sütunu vasitəsilə dəniz səthi ilə birləşir. Bu sütunun aşağı hissəsini kəskin hərəkətlərə malik asılı su damcıları və xırda damcılar toplusu (spray sleeve/spray vortex) əhatə edir, onlar su tornadosunun güclü sorma effekti ilə dəniz səthindən qaldırılır və bir neçə on metr (bəzi hallarda 100 m-dən çox) hündürlüyə çatır.