qütb frontu
Qütb və tropik mənşəli hava kütlələrinin qovuşduğu və qarşılıqlı təsirdə olduğu xəyali xətt. Subtropik antisiklonların və qütb antisiklonlarından soyuq havanın axınlarının görüş zonasını göstərir. Hər iki yarımkürədə yayda təxminən 50-55º, qışda isə 35-40º enlikdə yerləşir. Böyük dalğalanmalar göstərir və onların ətrafında orta enlikləri xarakterizə edən dəyişkən havaya cavabdeh olan front aşağı təzyiq sistemləri yaranır. Onun üzərində qütb jet axını axır.