fenologiya

Canlıların davranışındakı dövri qanunauyğunluqları hava və iqlimlə əlaqəli şəkildə öyrənən sahə. Bitkilər üçün müəyyən kolların tumurcuqlamasının, çiçəklərin görünməsinin, meyvələrin yetişmə vaxtının və ya yarpaqdökümünün tarixləri müşahidə olunur. Heyvanlara gəldikdə isə quşların köç tarixləri, bəzi quşların ilk oxuması, cütləşmə mövsümü və ya bəzi həşəratların peyda olması qeydə alınır. Termini ilk dəfə 1853-cü ildə belçikalı botanik Şarl Fransua Antuan Morren (1807-1858) işlətmişdir, lakin bu tip müşahidələr çox əvvələ, eramızdan əvvəl bir neçə əsrə gedib çıxır, o zaman çinlilər artıq fenoloji təqvimlər tərtib edirdilər.