Körfəz axını
Şimali Atlantikdən keçən, nisbətən dar və sürətli isti suyun səthi okean axını. Böyük miqdarda su yerdəyişdirir, təxmini sərfi saniyədə 80 milyon kubmetr və sürəti 2 m/san (təxminən 7 km/saat). Florida boğazlarında yaranır və ilkin hissəsində ABŞ-ın şərq sahilinə paralel axır, sonra Şimali Karolinadakı Hatteras burnundan Avropaya doğru Atlantik okeanına çıxmağa başlayır. Təxminən 40ºş.e. və 40ºq.u. nöqtəsində soyuq Labrador axını ilə qarşılıqlı təsirə girərək bir neçə qola (daha kiçik miqyaslı axınlara) ayrılır. Körfəz axını istiləşdirici təsiri səbəbindən Avropa qitəsinin Atlantik cəbhəsinin iqlimində nəzərəçarpacaq təsir göstərir.