quru ildırımlı tufan

Yağıntısı cüzi olan və ya heç olmayan ildırımlı tufan. Bu tip tufan əsasən mühit quruluğunun yüksək olduğu yerlərdə baş verir; tufan buludunun bazası ilə Yer səthi arasında yerləşən havanın nəmlik tərkibi aşağı olduqda yağış və ya dolu pərdələri yerə çatmamış tamamilə buxarlanır və ya ən çoxu, deyildiyi kimi, yalnız bir neçə damcı düşür.