termik depressiya

Yerin intensiv qızması nəticəsində onun yaxınlığında əmələ gələn alçaq təzyiq sahəsi. Termik depressiyalar insolyasiyanın ən çox olduğu yay üçün xarakterikdir. Yer güclü qızdıqca onunla təmasda olan hava da qızır və sıxlığı azaldıqca yüksəlməyə başlayır. Bu havanın yuxarıya çıxması ilə boşalan yer dərhal ətraf ərazidən gələn hava ilə dolur ki, bu da termik depressiyanın əmələ gəlməsi ilə nəticələnir.

Əlaqəli terminlər: Konveksiya