Avtomatik meteoroloji stansiya (AMS)

Müxtəlif modullardan ibarət və müxtəlif sensorlarla təchiz olunmuş bu stansiyalar meteoroloji məlumatları qeydə almaq, onlardan qrafiklər hazırlamaq, saxlamaq və Ümumdünya Meteorologiya Təşkilatının Qlobal Telekommunikasiya Sistemi vasitəsilə avtomatik ötürmək qabiliyyətinə malikdir və bütün bu işləri yerinə yetirmək üçün məsul şəxslərə ehtiyac yoxdur. İnsan müdaxiləsi yalnız təmir və texniki xidmət işləri üçün, həmçinin AMS məlumatları ötürə bilmədiyi halda onların endirilməsi üçün tələb olunur. AMS şəbəkələri ənənəvi yerüstü stansiyaların şəbəkələrini tamamlayır və həm iqlim məqsədləri üçün, həm də hava monitorinqi tapşırıqları üçün istifadə olunur.