proqnozlaşdırma (meteoroloji)
Meteorologiyada proqnozlaşdırma atmosfer davranışını izah edən fiziki qanunlara əsaslanaraq, müəyyən yer və vaxtda atmosferin gələcək vəziyyətinin dəqiq ifadəsidir. Hazırda hava proqnozlaşdırması atmosferin ədədi ümumi sirkulyasiya modellərinin nəticələrinə əsaslanır. Elmi metoda əsaslanan hava proqnozlaşdırması XIX əsrin ikinci yarısında yaranmış, kompüterlərin və ədədi hava proqnozunun meydana çıxması ilə XX əsrin ortalarında keyfiyyət sıçrayışı etmişdir. Proqnoz üfüqündən və proqnozun aparılma qaydasından asılı olaraq proqnozlaşdırmaların müxtəlif növlərə bölgüsü müəyyən edilir.