isti cəbhə
İsti hava kütləsinin soyuq hava kütləsi üzərində sürüşməsi nəticəsində yaranan cəbhə. Hava xəritələrində isti cəbhə səthi (İCS) ilə Yer səthi arasındakı kəsişmə xəttinə uyğun gəlir. Adıçəkilən İCS soyuq hava kütləsi (qabaqda) ilə isti hava kütləsi (arxada) arasındakı ayrılma zonasıdır. Qrafik olaraq cəbhənin hərəkət istiqamətinə yönəlmiş qırmızı yarımdairələrlə qalın qırmızı xətt ilə təsvir olunur. İsti cəbhələrdə üfüqi uzantısı böyük olan laylı buludlar üstünlük təşkil edir. Onlarla əlaqəli yağıntı dəyişkən və fasiləli intensivliyə malikdir və xəritələrdə cəbhənin çəkildiyi mövqedən qabaqda baş verir. Cəbhə sistemində o, soyuq cəbhənin qarşısında yerləşir.