STEVE
Strong Thermal Emission Velocity Enhancement ifadəsinin abbreviaturası; yuxarı atmosferdə ara-sıra baş verən və qütb parıltısına müəyyən qədər bənzəyən atmosfer optik hadisəsinə ad verir. Bu, uzunsov, parlaq, bənövşəyi işıqlı zolaqdır və hadisə üçün hələ də tam qənaətbəxş izahat yoxdur. Peyk məlumatlarından STEVE-in 3000°C-dən yüksək temperaturda, böyük sürətlə axan, təxminən 25 km enində, bu uzunsov quruluş daxilində məhdudlaşan və 400 kilometrdən bir qədər yüksəklikdə əmələ gələn plazma tərəfindən formalaşdığını müəyyən etmək mümkün olmuşdur. Ara-sıra STEVE yaşıl rəngli, "hasar dirəkləri" adlanan quruluşa malik qütb parıltısı ilə birlikdə görünür; bu, hər iki hadisənin bir-biri ilə əlaqəli olduğunu nəticəyə gəlməyə imkan verir.