skvoll xətti
Boyunca tufan qrupunun düzüldüyü dar, uzunsov zolaq. Cəbhə xarakteri daşımayan bu tufan xətti keçdikcə külək istiqamətini qəfil dəyişir və gücü artır, adında qeyd olunan skvoll (şiddətli yel) yaranır. Ən güclü skvoll xətlərindən əvvəl rulon (arcus) formasını alan xoşagəlməz görünüşlü bulud divarı gəlir. Yaratdıqları şiddətli külək ani artmalarından əlavə, tufanlar qısamüddətli, lakin güclü leysanlar buraxır, tez-tez dolu ilə müşayiət olunur.