Rotor buludu
Aviasiya jarqonunda rotor adlanan turbulent hüceyrə və ya rulonla əlaqəli bulud; o, dağ maneəsinin küləkaltı tərəfində, dağ dalğasının təpələrinin altında əmələ gəlir. Yer səthinə yaxın bu aşağı səviyyədə havanın temperaturundan və nəmliyindən asılı olaraq rotor buludu özünü göstərə də bilər, bilməyə də. Əmələ gəldiyi hallarda o, zərərsiz görünən kiçik fraktus kümülüsdən böyük, təhlükəli görünüşlü rulon buludu qədər müxtəlif ola bilər. Turbulentliyin ən güclü olduğu ən təhlükəli rotor küləkaltı tərəfdə, dalğanın ilk təpəsinin altında, silsilə xəttindən təxminən 10-15 kilometr məsafədə yaranandır. Bu, uçuş üçün çox təhlükəli zonadır və pilotlar ondan qaçmalıdır.