Maqnus effekti

Mayelər dinamikasının məşhur effekti; atmosferdə havada hərəkət edən istənilən fırlanan cisimdə özünü göstərir və onun trayektoriyasının sapmasına səbəb olur. İlk dəfə 1853-cü ildə alman fiziki və kimyaçısı Heynrix Qustav Maqnus (1802-1870) tərəfindən təsvir edilmiş və adını ondan almışdır. Futbol toplarının və ya tennis toplarının oyunlar zamanı bəzən aldığı inanılmaz trayektoriyalar bu effektin necə işlədiyinə yaxşı nümunədir.