qreqale

Mərkəzi və Qərbi Aralıq dənizində güclü, soyuq, quru şimal-şərq küləyinə verilən ad. Həmin coğrafi ərazidə işlədilən dəniz külək qülləsində tramontana (şimal küləyi) ilə levante (şərq küləyi) arasında yerləşir. Ispaniyanın Aralıq dənizi sahillərindən şərqə yönələn qədim yelkənli dənizçilər bu adı Yunanıstandan gəlirmiş kimi görünən küləyə aid etməyə başlamışdılar.