ekvilyuks

Verilmiş yerdə düz 12 saat işığın (insolyasiya ilə) və 12 saat qaranlığın (insolyasiyasız) olduğu ilin iki günündən hər biri. Günəş diskinin bucaq enliyinə görə (təxminən 32' qövs) bərabərgünlüklə üst-üstə düşmür; yaz ekvilyuksu eyniadlı bərabərgünlükdən bir neçə gün əvvəl, payız ekvilyuksu isə bir neçə gün sonra baş verir. Bərabərgünlüklərdə gündüz və gecənin uzunluğu bərabərləşir, lakin günəşin doğması onun diskinin mərkəz nöqtəsi üfüqdən yuxarıda göründüyü an, batması isə həmin nöqtənin onun altına endiyi an hesab olunur.