Katatumbo ildırımı

Venesuelada Maracaibo gölünün cənub-qərb ucunu və adını aldığı Katatumbo çayının aşağı hövzəsini əhatə edən geniş bataqlıq sahəsi üzərində inkişaf edən, elektrik təbiətli özünəməxsus meteoroloji hadisə. Bu, ərazidə adətən baş verən coşqun tufan fəaliyyətinə görə ildırımların demək olar ki, fasiləsiz çaxmasıdır.