ani stratosfer istiləşməsi
Rossbi dalğasının troposferdən stratosferə (aşağıdan yuxarıya) soxulması və onun qütb burulğanının yuxarı hissəsində "qırılması" nəticəsində stratosfer qütb burulğanının əhəmiyyətli dərəcədə pozulması, bu da onun zəifləməsinə səbəb olur. Nəticədə burulğan yerini dəyişir və/və ya parçalanır, soyuq havanın orta enliklərə doğru ciddi yerdəyişməsinə və qütb stratosferində havanın son dərəcə anomal istiləşməsinə gətirib çıxarır. Elmi ədəbiyyatda bu hadisələri ifadə etmək üçün SSW ( Sudden Stratospheric Warming ) abreviaturası işlədilir.