bulud dənizi
Üzərində amplitudu çox müxtəlif olan dalğavari qabarıqlıqların meydana çıxdığı bulud qatının yuxarı səthi. Dəniz səthinə yaxın bənzərliyi bu adı doğruldur. Temperatur inversiyasının mövcudluğu ilə məhdudlaşan laylı (stratus) və ya laylı-topa (stratokumulus) bulud qatının yuxarı hissələri adətən bulud dənizləri əmələ gətirir. Onları adıçəkilən inversiyadan yuxarı istənilən hündürlükdən müşahidə etmək olar.