Gecə sərinliyi

Açıq və sakit gecələrin ətraf mühit rütubətindən yaranan, yerdən istiliyin şüalanma yolu ilə itməsi nəticəsində əmələ gələn sərinlik. Soyuq hissi səhər saatları irəlilədikcə güclənir. Gecə soyuması bəzən havada, orada olan su buxarının kondensasiyası nəticəsində, yağan xırda damcıların əmələ gəlməsinə də səbəb olur. Bəzi yerlərdə termin bir qədər fərqli mənada işlədilir, onunla qışın günəşli günlərindəki şiddətli soyuğa və ya sərinlik hissini artırmağa kömək edən yüngül küləyə işarə edilir.