donan yağış

Həddindən artıq soyumuş su damcılarından ibarət, səthə - istər yerin özünə, onun üzərindəki hər hansı cisimə, istərsə də uçuşda olan təyyarənin gövdəsinin və qanadlarının bir hissəsinə - dəyən kimi dərhal donan yağış. Bütün hallarda nəticə eynidir: şəffaf, bərk və sürüşkən buz qatının əmələ gəlməsi. Adi yağış, düşərkən temperaturu 0°C-dən aşağı olan hava qatından keçdikdə donan yağışa çevrilir; bu halda damcılar maye halda qalır, lakin su molekullarının düzülüşü dəyişir və həddindən artıq soyuma halına keçir.