Sahil El-Ninyosu
Adətən El-Ninyodan əvvəl baş verən və Cənubi Amerikaya yaxın ekvatorial Sakit okean səth sularının anomal istiləşməsindən ibarət olan, Peruda, Ekvadorda və Çilinin şimalında həm okean cərəyanlarının, həm də meteoroloji rejimlərin dəyişməsinə səbəb olan hadisə. Qlobal təsirə malik El-Ninyo və ya La-Ninyadan fərqli olaraq onun miqyası regionaldır.