Konvektiv kondensasiya səviyyəsi
Konveksiya yolu ilə isti havanın yüksəlməsi nəticəsində şaquli inkişaf edən buludun əmələ gəlməyə başladığı hündürlük. Günəşlə qızma bu prosesin başlanğıc amilidir, çünki yerə yaxın hava qızaraq yüksəlməyə başlayır. Havanın qalxdığı atmosfer qatında normaldan daha soyuq havanın olması konvektiv buludun əmələ gəlib-gəlməməsini və onun sonrakı böyüməsini müəyyən edir; bu böyümə tufanla nəticələnə də bilər, nəticələnməyə də bilər. Həmin buludun əsası konvektiv kondensasiya səviyyəsini göstərir ki, aeroloqiyada bu CCL akronimi ilə tanınır.