Gənc Dryas
Son buzlaşma geri çəkilərkən indiki vaxtdan (şərti olaraq 1950) 12 900 ilə 11 700 il əvvəl arasında baş vermiş kəskin iqlim dəyişikliyi üçün beynəlxalq səviyyədə işlədilən ad. Paleoiqlim qeydlərindən çıxarıla bildiyinə görə bu epizod şimal yarımkürəsinin böyük hissəsində buzlaq şəraitinə qəfil (bir neçə onillik ərzində) qayıdışı bildirirdi. Adını alp tundrası çiçəyindən ( Dryas octopetala ) götürüb, çünki onun yarpaqlarının qalıqlarına gec buzlaq çöküntülərində tez-tez rast gəlinir.