şaxə

Sinoptik xəritələrdə çəkilən külək sürəti oxlarına bərkidilmiş, külək sürətini göstərən hər bir kiçik əyri xəttə verilən ad. Şaxələr oxun arxa sol və ya sağ tərəfində, hansı yer yarımkürəsindən (şimal və ya cənub) söhbət getməsindən asılı olaraq çəkilir. Hər tam şaxə 10 düyünə bərabərdir. 5 düyünü (yarım şaxə) göstərmək üçün daha qısa xəttlər də çəkilir. Küləklər çox güclü olduqda, məsələn, cet axınlarında əsənlər, 50 düyünü simvolizə etmək üçün bayraqcıqlar çəkilir; bu, oxlarda həddindən artıq şaxə sayının olmasının qarşısını alır və oxunmasını asanlaşdırır.

Əlaqəli terminlər: küləyin sürəti