orografik yağış
Nəmli havanın dağ yamacı ilə məcburi yüksəlməsi nəticəsində dağın küləyə tərəf yamacında əmələ gələn orografik bulud ilə əlaqəli yağış. Kondensasiya səviyyəsinə çatdıqda qeyd olunan orografik bulud əmələ gəlir və onun daxilində yağış yaranır.