bürkü
İsti, çox rütubətli havanın mövcudluğu ilə əlaqədar dözülməsi çətin güclü istilik hissi. Güclü bürkülü günlərdə hava hərəkətsiz olur və səma ağımtıl görünüşə malik olur, adətən yüksək buludlar olur. Bürkü yayda Aralıq dənizi sahilində, xüsusilə dəniz mehinin dayandığı gün saatlarında aydın şəkildə özünü göstərir.