istilikkeçirmə

İstiliyin təbiətdə ötürülmə yollarından biri. Müxtəlif temperaturlarda olan eyni materialdan iki cismin və ya sahənin birbaşa təması vasitəsilə baş verir. Termal enerjinin bu ötürülməsi molekulyar həyəcanlanma sayəsində baş verir. Havanın istilikkeçirməsi aşağı olduğundan, Yer səthi istilikkeçirmə yolu ilə yalnız üzərində oturan xırda atmosfer qatını - cəmi 5 santimetr qalınlığında - qızdıra bilir. Havanın birbaşa yer səviyyəsində bu qızması onun yuxarı qalxmasına (sıxlığının azalması nəticəsində) şərait yaradır, istilik aşağıdan yuxarıya konveksiya yolu ilə ötürülür.