calvus (cal)

Cumulonimbus (Cb) bulud cinsinin göstərə biləcəyi iki növdən biri - digəri capillatus (cap)-dur. Yuxarıda qeyd olunan buludun yuxarı hissəsində nəzərəçarpan çıxıntılar və ya sirrusabənzər bulud "saçı" olmayan, görünüşcə hamar, ağ rəngli kontura malik olması ilə xarakterizə olunur. Bu latın sözü keçəl, soyulmuş və ya çılpaq mənasını verir. Calvus kümülonimbuslar adətən tropopauzaya çatmır, çatdıqda isə həmin atmosfer səviyyəsindən başlayaraq güclü hakim küləklər bulud zirvəsini deformasiya edir və o, xarakterik örs formasını alır (Cb incus).