arcus (qövs)

Bəzi fırtınaların ön kənarında yaranan, müvafiq kümülonimbus buludunun bazasına bağlı, üfüqi tağ və ya rulon formalı alçaq, sıx bulud. Tünd və təhdidedici görünüşlü olan bu bulud, onun aşağı hissəsində əsən güclü hakim külək ani qalxmaları (ani külək cəbhəsi) ilə sözün əsl mənasında parçalanır, cırıq-cırıq tikələr əmələ gətirərək həmin aşağı hissəyə sökülmüş görünüş verir. Onun latın adı təsvir olunan əlavə əlamət üçün ÜMT Beynəlxalq Bulud Atlası tərəfindən müəyyən edilmiş addır.