analiz (meteoroloji/sinoptik)
Xəritə ilə bağlı anlayış; bu xəritədə həmin xəritənin əhatə etdiyi coğrafi ərazidə müəyyən anda havanı xarakterizə edən müxtəlif meteoroloji elementlər təsvir olunur. Yer səthi analiz xəritələrində izobarlar, frontlar, yüksək və alçaq təzyiq mərkəzləri çəkilir.
Əlaqəli terminlər: hava xəritəsi